Мой сайт
 Şeirlər
Главная » Статьи » Ayrılıq

Yadigar qalan
Kədərdən, qüssədən yan qaça bilmir,
Zülmətə bürünüb nur saça bilmir.
Nə səndən, nə məndən baş aça bilmir,
Domsovet, Qorodok, bir də ki, Salyan.

Sənsizlik qoluma bir qandal olub,
Sənə söylədiyim getmə, qal olub,
Səninlə birlikdə susub, lal olub,
Domsovet, Qorodok, bir də ki, Salyan.

Dənizə boylanıb xəyala dalır,
Sevincdən göylərə qalxır, ucalır.
Bizim sevgimizdən hər gün güc alır,
Domsovet, Qorodok, bir də ki, Salyan.

Qəlbimi ağrıtmır bu eşqin oxu,
Qəmə xərclənibdir ömrümün çoxu.
Sənsiz gecələrdə gördüyüm yuxu,
Domsovet, Qorodok, bir də ki, Salyan.

Artıq göz yaşların siləcək o, da.
Yaşamaq haramdır, biləcək o, da.
Bizimlə bərabər öləcək o, da.
Domsovet, Qorodok, bir də ki, Salyan.

Yolumdan saxlamaz nə boran, nə qar,
Gözlərim hər yeri gəzər, dolaşar.
Bizim sevgimizdən üç şey yadigar,
Domsovet, Qorodok, bir də ki, Salyan.
Категория: Ayrılıq | Добавил: _A_D_M_I_N_ (16.08.2012)
Просмотров: 577 | Комментарии: 1 | Рейтинг: 0.0/0
Всего комментариев: 1
1 Vingadores  
0
It's good to see someone thkiinng it through.

Имя *:
Email *:
Код *:
Суббота, 23.11.2024, 16:42
Приветствую Вас Гость
Главная | Регистрация | Вход
Daxil ol
Bölmələr
Ayrılıq [10]
Sevgi [15]
Sənsiz [10]
Axtar
Sual
Saytımızdan razısız ?

Всего ответов: 28
  • Nəticə

    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0

    Copyright MyCorp © 2024
    Конструктор сайтов - uCoz