Sənə təsvir etmək istəmirəm heç Üç gündür gəlmirsən, darıxdım necə Bəlkə günahkaram, günahımdan keç Mənə uzun gəldi üç səhər, gecə
Pərişan göründün bugün gözümə Bəlkə ürəyinə dəyən olubdur Belə məlul-məlul baxma üzümə Bir söylə, gözlərin niyə dolubdur?
Sənin qəribə bir baxışların var İnsanın qəlbinə nüfuzu dərin Kədəri bir anda ürəkdən qovar Baxışın qəlblərə su səpər sərin
Könül dostum, baxma belə qəmli mənə Bu baxışın qəlbimi didər dağıdar Həsrətdən görürsən əyilib qəddim Gözlərim gözündə min sevinc arar
Sənin yollarında bitib qalmışdım Sən isə görmürdün məni o zaman Bir eşqin ağrısın səndən almışdım Şam idim yolunda yanırdım inan
Sənli günlərimi yadıma salıb Unuda bilmirəm səni nədəndir? Kövrək baxışların üzümdə qalıb İllər quş qanadlı olub keçəndir.
Yenə səni gördüm, bu gecə yenə... Oyanıb yuxuya həsrət qalmışam Bir qulam sinəmdə ürək deyənə Mən sənsiz qalmışam, sənsiz qalmışam
Söylə görüm nədir mənim günahım? Əldən gedir, dinim, eşqim, imanım Özü suçlu, məni suçlu sananın Qulaq as gör nə deyirəm mən sənə, Bircə dəfə öz suçunu görsənə!
Mən səni sevirəm, leyli tək gülüm Boş boşuna gedir bu gözəl ömrüm Səni hər görəndə ağrayır könlüm Səni həmişəlik sevməkçün söndüm
Sənli günlərimi xatırlayarkən Lənət edirəm mən o gözəl günə Başıma yastığa vurub ağlarkən Yaşlı gözlərim dözməyir dərdə..
Baxışın üzümdə donub qalıbdır Niyə dayanıbsan sən heykəl kimi? Gedişin sinəmdə çığır salıbdır Unutmaq çətindir ağır itkini
Yamyaşıl ağaclar geyinib qara Göydə ulduzları kim salıb tora? Bu xəyal gör məni gətirdi hara Düşmüsən yadıma bilsəydin necə Heyif ki, düşündüm səni bu gecə
Mən yağan yağışam, dolan buludam Gözümün yaşını saxlayım necə Gülüzlüm, mən səni çətin unudam Ağlaram sinəmdə hər gün hər gecə..
Bir gözəl görəndə əridin, axdın Yandırıb könlümü, odlara yaxdın Dünəndə üzümə hiddətlə baxdım Əhdini unudan sən olmadınmı?