Adını yazardım göy asimana, Heyf, çatmır əlim mənim göylərə. Yazsam adını çənə, dumana, Tufan qopsa belə düşməz yerlərə.
Adını yazardım günəş hüsnünə, Günəş istisiylə əridə bilməz. Yazsaydım adını çəmən üstünə, Şeh belə üstünə sərilə bilməz.
Adını yazardım uca dağlara, Dağlar qoynunda bəslərdim onu. Yazsaydım adını ötən çağlara, "Heyf sən getdin" səslərdim onu.
Adını yazardım badi-səbaya, Əfsus, elə olsa mən darıxardım. Sevinərdim yalnız küləkli bir havaya, Tutub üzünü doya-doya baxardım.
Adını yazardım mən şəlaləyə, Əsrlər boyu axsa da apara bilməz. Adını yazmışam mən bu ürəyə, Heç bir şey adını qopara bilməz.
|