Allahdan heç vaxtı ümid kəsilməz Sən özün bilirsən fələk nə sayır Əgər şər deməsən xeyirdə gəlməz Sabahın işini bilmək olmayır
Baxsada ətrafa heç nəyi görmür Çox gözəl olsada gözləri kordur Qəlbində var olan ümidlər sönmür Ümidlər o qədər saysızdır çoxdur
Saçını tökübsən yenə yanına Oturub özün üçün xəyal qurursan Vurğunam qap qara kirpik qaşına Sevgilim həyatım niyə susursan?
İlahi bu qədər gözəl qız olar Sənə hər baxanda gözlərim dolar Niyə gözlərin tutuldu sənin Allahım gözləri açılsın nə olar
Hər gecə əlimi açıb Allaha Sənin tək canına dua edərəm İstəməm inanki girim günaha İnanki mən səni atıb getmərəm
|