Səni sevdim, səndən xəbərsiz Eşqimin şahidi sahil, dəniz Sənli xatirələrim kövrək, əziz Mən səndən xəbərsiz, sən məndən xəbərsiz
Sənə çox baxmışam oğrun-oğrun Axşamlar dərsdən qayıdanda biz İndi ruhum uçur sənə doğru Mən səndən xəbərsiz, sən məndən xəbərsiz
İlk görüş yerimizə gəlmişəm Səninlə birlikdəyəm, səndən xəbərsiz Bilsəydin elə sənsizləmişəm, elə qəribsəmişəm Mən səndən xəbərsiz, sən məndən xəbərsiz
Sən gələn yollara dikilib gözüm Danışmayır dilim, gülməyir üzüm Daha hicranına qalmayıb dözüm Mən səndən xəbərsiz, sən məndən xəbərsiz
Keçməyib sevgim qəmsiz, kədərsiz Qayıt ömrümə səssiz-səmirsiz Ağarıb saçlarım vaxtsız-vədəsız Mən səndən xəbərsiz, sən məndən xəbərsiz
Gözümdə qaldı arzum, diləyim Fikirdən ağrı tapdı ürəyim Xəyala dönüb səni görməyim Mən səndən xəbərsiz, sən məndən xəbərsiz
Ömründən getməyim deyildi səbəbsiz Nakam sevgi, ayrılıq, həsrət qismətimiz Yadında qaldım ürəksiz, qəlbsiz Mən səndən xəbərsiz, sən məndən xəbərsiz
Üzüm heç gülərmi sənsəz A ürəyi aydan təmiz Bir ömür yaşayıram sənli-sənsiz Mən səndən xəbərsiz, sən məndən xəbərsəz
Sevginin yoxluğundan pozuldu əhdimiz Yoxsa gözə gəldi sevgimiz Görəsən səmalarda qovuşacağıq biz Mən səndən xəbərsiz, sən məndən xəbərsiz
Qumlu sahillər darıxır mənsiz Nəfəsimin həsrətindən üşüyür dəniz İnciyib məndən lalə, bənövşə, nərgiz Mən səndən xəbərsiz, sən məndən xəbərsiz
Gülüm o çağlar yada düşdü Həsrətin yamanca üşütdü Günlərimiz bax beləcə ötüşdü Mən səndən xəbərsiz, sən məndən xəbərsiz